“Amnesty International” hüquq-müdafiə təşkilatı avqustun 4-də “Ukraynanın döyüş taktikası mülki şəxsləri təhlükə altına alır” başlıqlı hesabatına görə Ukraynadan üzr istəyib.
Lakin təşkilat hesabatda göstərilən bəyanatından imtina etməyib.
““Amnesty International” Ukrayna hərbçilərinin döyüş taktikası ilə bağlı press-relizinin yaratdığı həyəcan və qəzəbdən dərin təəssüflənir. “Amnesty International”ın bu və istənilən münaqişədə prioriteti mülki əhalinin müdafiəsinin təmin edilməsidir. Həqiqətən də son araşdırmanın dərc edilməsində bizim yeganə məqsədimiz bu idi. Nəticələrimizi tamamilə dəstəklədiyimizə baxmayaraq, yaşatdığımız ağrıdan təəssüflənirik”, - təşkilatın bəyanatında deyilir.
Qeyd edək ki, avqustun 4-də “Amnesty International” hüquq-müdafiə təşkilatı “Ukraynanın döyüş taktikası mülki şəxsləri təhlükə altına alır” başlıqlı hesabat yayımlayıb. Hesabatda Ukrayna hərbçiləri yaşayış məntəqələrində bazalar yaradaraq silah sistemlərini işlətməklə mülki əhalini çətin vəziyyətə salmaqda ittiham edilir. Qeyd olunur ki, tədqiqatçılar Ukrayna qüvvələrinin 19 şəhər və kənddə mülki binalarda yerləşdiyinə dair sübutlar tapıblar.
Ukrayna Prezidenti Volodimir Zelenski isə təşkilatın Ukraynanın müharibə taktikasının mülki vətəndaşları riskə atdığını bildirən hesabatını sərt tənqid edib. O, Rusiyanın hücumları nəticəsində 200-ə yaxın dini binanın, 900-ə yaxın səhiyyə obyektinin və 2200-dən çox təhsil müəssisəsinin zədələndiyini və ya dağıldığını açıqlayıb.
Tehsil-press.az