Vyanada İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişin bərpası ilə bağlı danışıqlar yekunlaşıb.
Bu barədə Avropa İttifaqı diplomatları mətbuata açıqlama veriblər. Bildirilib ki, yekun sənədin mətni artıq hazırdır və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel tərəfindən sazişdə iştirak edən ölkələrin paytaxtlarına təqdim olunmalıdır. Qeyd edilib ki, son danışıqlarda razılaşdırılan mətn bütün iştirakçı tərəflər üçün güzəştləri özündə ehtiva edir. İki il davam edən danışıqlardan sonra yaxın həftələrdə yeni sənədin qəbuluna ümid edilir.
Vyanada aparılan son danışıqlarda ABŞ-ın sazişə geri dönüşü və İranın nüvə proqramının məhdudlaşdırılması üçün gərgin danışıqlar aparılıb. Yekun sənədin mətni artıq hazırdır və daha danışıqlara ehtiyac qalmayıb. İştirakçı ölkələr rəsmi səviyyədə həmin sənədi qəbul və ya rədd etdiklərini bəyan etməlidirlər.
Qeyd edilməlidir ki, 2018-ci ildə Donald Trampın prezidentliyi dövründə ABŞ İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişdən birtərəfli qaydada çıxmışdı. Sazişi imzalamış digər dövlətlər (Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya) tərəfindən Avropa İttifaqının vasitəçiliyi ilə sazişin bərpası üçün danışıqlar aparılıb.
Tehsil-press.az