“GRE Ümumi test imtahanları” barədə məlumat sessiyasına qeydiyyat başlanır

“GRE Ümumi test imtahanları” barədə məlumat sessiyasına qeydiyyat başlanır Dövlət İmtahan Mərkəzi (DİM) ETS Global təşkilatı ilə birgə avqustun 26-sı saat 16:00-da “Make Your Application Stand out with the GRE® General Test” adlı onlayn məlumat sessiyası keçirəcək.
GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistratura, MBA, doktorantura təhsili almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.
Məlumat sessiyasına qoşulmaqla iştirakçılar “GRE® Ümumi test”in biznes, hüquq və STEM istiqamətləri üzrə magistratura səviyyəsində tələb edilən müraciət formasında hansı üstünlüklərə malik olduğunu öyrənəcəklər.
Sessiya aşağıda qeyd olunan istiqamətləri əhatə edəcək:
- “GRE® Ümumi test”in məzmunu;
- Qeydiyyat və imtahan mərkəzləri;
- Hazırlaşmağa kömək edən məsləhətlər;
- Ödənişsiz hazırlıq materialları.
Məlumat sessiyasının spikeri ETS Global təşkilatının nümayəndəsi Mariya Kirilova “GRE® Ümumi test” barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq.
Məlumat sessiyası “Zoom” platforması vasitəsilə ingilis dilində keçiriləcək. Sessiyaya qoşulmaq istəyən şəxslər DİM-in saytında keçiddən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki avqustun 24-dək aktiv olacaq. Qeydiyyatdan keçmiş iştirakçılara sessiyanın “Zoom” linki avqustun 25-də elektron poçt vasitəsilə göndəriləcək. İştirakçılar qeyd olunan gün və saatda link vasitəsilə məlumat sessiyasına qoşula bilərlər.
Xatırladaq ki, DİM ETS-in (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) rəsmi test mərkəzi olaraq 2016-cı ildən TOEFL iBT, 2020-ci ildən etibarən isə GRE imtahanlarını təşkil edir.

Tehsil-press.az



Oxşar xəbərlər