“Dünya” məktəbi müəlliminin məqaləsi “Anadolu” qəzetində

“Dünya” məktəbi müəlliminin məqaləsi “Anadolu” qəzetində Ankarada nəşr olunan “Anadolu” qəzetində Xəzər Universiteti “Dünya” məktəbinin müəllimi Altuntac Balayevanın “İkinci Türk Dili Qurultayında Atatürk ilə Əhməd Cəfəroğlu arasındakı fikir ayrılığı haqqında” məqaləsi dərc olunub.
Məqalədə 1934-cü il avqustun 18-24-də İstanbulda keçirilmiş İkinci Türk Dili Qurultayında İstanbul Universitetinin gənc dosenti Əhməd Cəfəroğlu məruzə edərkən Türkiyə Respublikasının Prezidenti Mustafa Kamal Atatürkün iclas salonunu tərk etməsi və Ə.Cəfəroğlunun kürsüdən endirilməsindən bəhs olunur. Buna səbəb Atatürkün yeritdiyi Osmanlı dilinin ərəb-fars sözlərindən təmizlənməsi prosesində yanlışlıqlara yol verildiyini Ə.Cəfəroğlunun bildirməsi olmuşdu.
Məqaləni “Anadolu” qəzetinin 20 ildən artıq müddət ərzində daimi yazarı, görkəmli rejissor, yazıçı, Azərbaycanın Xalq artisti, professor Əflatun Nemətzadə öz köşəsində oxuculara təqdim edib.

Tehsil-press.az



Oxşar xəbərlər