AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva, Müasir Azərbaycan dili şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra Quliyeva Elginkan Vəqfinin Türkiyənin İstanbul şəhərində keçirdiyi 5-ci Türk Dili və Ədəbiyyatı Qurultayında iştirak edib, sertifikatla təltif olunublar.
Qurultayda Dilçilik İnstitutunun əməkdaşları “Türkiyə türkcəsinin dialektlərində zərf-feil şəkilçiləri və onların işlənmə xüsusiyyətləri haqqında”, “Azərbaycan türkcəsində jarqon gizli danışıq dili kimi”, dosent Kübra Quliyeva “Dialektşünaslıq və dialekt atlaslarında yeni tendensiyalar” mövzularında məruzə ilə çıxış ediblər.
Məruzələr qurultay iştirakçılarının marağına səbəb olub. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qurultayda 9 ölkədən 43 dilçi-alim iştirak edib.
Tehsil-press.az