Mayın 18-də akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti, böyük siyasi və hərbi xadim Mustafa Kamal Atatürkün 140 illik yubileyinə həsr olunan “Mustafa Kamal Atatürk – türk dünyasının böyük öndəri” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu, keçirilən konfransın bu dostluğun, qardaşlığın, işbirliyinin bir nümunəsi olduğunu deyib. İ.Həbibbəyli Mustafa Kamal Atatürkün dünya ölkələri liderləri arasında xüsusi yeri olduğunu vurğulayıb, türk xalqının onun ətrafında birləşərək xarici işğalçıları ölkədən qovduğunu deyib. Mustafa Kamal Atatürkü istiqlal savaşının ən böyük qəhrəmanı adlandıran İ.Həbibbəyli onun həm də dövlətin ideoloji əsasını qurduğunu, Türkiyənin Atatürkün yolu ilə gedərək dünya dövlətləri arasında layiqli yerini tutduğunu bildirib. O, Türkiyənin Azərbaycan üçün qardaş ölkə, strateji müttəfiq kimi əvəzsiz olduğunu deyib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nihat Böyükbaş Anadoludan bir çox türk liderinin çıxdığını və onların uğurunun təhsili ana dilində, milli ruhda almaları ilə bağlı olduğunu qeyd edib. O, Atatürkün də bu cür mühitdə, mədəniyyətdə yetişən məsləkdaşları ətrafına yığaraq Türkiyə Cümhuriyyətini qurduğunu söyləyib. Türkiyəli diplomat konfransı yüksək dəyərləndirərək təşkilatçılara təşəkkürünü bildirib.
Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva iki ölkə arasında qardaşlıq münasibətlərinin inkişafında alimlərin rolundan danışıb. İnstitutda türkoloji tədqiqatlara böyük önəm verildiyini bildirən G.Baxşəliyeva qeyd edib ki, şərqşünas tarixçilər Türkiyədə milli azadlıq hərəkatı, dünyəvilik prinsipinin bərqərar edilməsi, millətçilik ideologiyasının formalaşması, ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin inkişafı, İslam, müasir Türkiyədə müxtəlif ictimai-siyasi hərəkatlar problemlərinin öyrənilməsinə diqqət yetiriblər.
XX əsrdə Türkiyənin ictimai-siyasi inkişafının ideoloji əsaslarının araşdırılmasının institutun mühüm elmi istiqamətlərindən biri olduğunu söyləyən G.Baxşəliyeva nəzərə çatdırıb ki, əməkdaşlar Türkiyənin XX əsrdə xarici ölkələrlə siyasi-diplomatik münasibətləri, daxili siyasi vəziyyəti və digər tarixi problemlərinə dair dəyərli tədqiqatlar aparıb, institutda yeni dövr Türkiyənin ictimai-siyasi inkişafı məsələlərinin öyrənilməsi sahəsində xeyli iş görülüb. Orta əsrlər Türkiyə tarixi məsələləri ilə əlaqədar Səlcuqilər dövrü, Bəyliklər dövrü və Osmanlı imperiyası dövrü Anadolu tarixinin müxtəlif aspektlərinin öyrənilməsi sahəsində önəmli nəticələrin əldə edildiyini bildirən institutun direktoru Azərbaycanın və Cənubi Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsi üçün mühüm mənbə olaraq Osmanlı təhrir dəftərlərinin xüsusi əhəmiyyətini diqqətə çatdıraraq, bu sahədə görülən işlərdən danışıb və Qarabağ tarixinə aid Osmanlı sənədlərinin tərcüməsi və nəşrə hazırlanmasını xüsusi qeyd edib. G.Baxşəliyeva Türkiyə iqtisadiyyatının şərqşünas alimlər tərəfindən əhatəli şəkildə tədqiq olunan problemlərindən də danışıb.
Akademik bildirib ki, institutda, həmçinin Türkiyənin folkloru, klassik ədəbiyyatı və əsasən XIX-XX əsr mütərəqqi ideyalı şairlərinin, yazıçılarının həyatı, yaradıcılığı, ədəbi aləmdə gedən inkişaf prosesləri, ədəbi-tənqidi jurnalların ədəbiyyatın tərəqqisinə göstərdiyi təsir, ədəbi əlaqələrin öyrənilməsi və s. əsas tədqiqat obyekti olub.
Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev “Dünya və türk tarixində Mustafa Kamal Atatürkün yeri” mövzusunda məruzə edib. Alim qeyd edib ki, Atatürk şəxsiyyətinin əzəməti sadəcə Türkiyə tarixi ilə məhdudlaşmır. Atatürk XX əsr dünya tarixinin yetişdirdiyi ən böyük siyasi, hərbi və dövlət xadimlərinin sırasında durur. Onun şəxsiyyəti haqqında dünyanın müxtəlif ölkələrində yüzlərlə kitab yazılıb.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova “Azərbaycan hakimiyyətinin Türkiyə milli azadlıq hərəkatına münasibəti”, Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşlarından Hüseyn Günəşli “M.K.Atatürk və Türkiyədə milli azadlıq hərəkatı”, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “M.K.Atatürkün hüquqi dövlət quruculuğu və iqtisadi islahatları”, Mirzə Ənsərli “Türkiyə Respublikasının güc strukturlarının formalaşması sahəsində M.K.Atatürkün fəaliyyəti” mövzularında məruzə ediblər.
Tədbirin sonunda məruzələr ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az