Təhsil Nazirliyinin “STEAM Azerbaijan” layihəsi “TEKNOFEST Azərbaycan” festivalında

Təhsil Nazirliyinin “STEAM Azerbaijan” layihəsi “TEKNOFEST Azərbaycan” festivalında Mayın 26-29-da “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq sərgidə Təhsil Nazirliyi də təmsil olunacaq.
Nazirlik festivalda STEAM layihəsinin təşkilatçılığı ilə şagird və tələbə kateqoriyaları üzrə keçirilən “Baku Skills” müsabiqəsinin final mərhələsi, həmçinin “STEAM Azerbaijan” layihəsi, Azərbaycan Dövlət Neft və Sənaye, Gəncə Dövlət və Naxçıvan universitetlərinin 6 layihəsi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəaliyyətini əks etdirən 3 layihə və materiallarla təmsil olunacaq.
Tədbirin sərgi hissəsində tərəfdaş qurumların STEAM məzmunlu innovativ məhsul və həllərinin, müxtəlif layihələr çərçivəsində hazırladıqları prototiplərin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər