Kanadada tufan 5 nəfərin həyatına son qoydu

Kanadada tufan 5 nəfərin həyatına son qoydu Kanadanın Ottava şəhərində və Ontario vilayətinin cənubundakı digər şəhərlərdə güclü küləklə müşayiət olunan şiddətli tufanlar nəticəsində 5 nəfər ölüb.
Üç nəfər Kanadanın paytaxtı və onun ətraflarında, biri Bramptonda, digəri isə Kitçener şəhəri yaxınlığındakı düşərgədə həlak olub. Əksər hallarda ölümlərə səbəb ağacların aşması olub.
Vilayətdə 350 minə yaxın ev və digər tikililər elektriksiz qalıb. Ottavada yerli elektrik şəbəkəsi şirkətinin məlumatına görə, bu rəqəm 176 minə çatır. Şəhərdə 200-ə yaxın elektrik dirəyi və yüzlərlə ağac aşıb.
Ölkənin meteoroloji bürosunun məlumatına görə, tufan zamanı küləyin sürəti saatda təxminən 33 m/s-ə çatıb. Şəhər hakimiyyətinin məlumatına görə, Ottavada tufanın nəticələrini aradan qaldırmaq üçün iki-üç gün vaxt lazımdır.

Tehsil-press.az


Oxşar xəbərlər