“Çin: cəmiyyət və mədəniyyət” yay onlayn mühazirəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin bədii şüşə sənətinə dair məruzə ilə çıxış edib.
R.Abbasov tədbir iştirakçılarına Çin xalqının tətbiqi sənətinin ən parlaq sahələrindən biri hesab olunan bədii şüşə sənətinin inkişaf tarixi barədə maraqlı məlumatlar verib. O, mühazirəsində Çin bədii şüşə sənətinə dair ən erkən yazılı istinadların eramızdan əvvəl II əsrə aid olduğunu qeyd edib. Bildirilib ki, Çjou dövründə qurğuşun vasitəsilə şüşə və metal əşyaların dekorativ örtülməsi südlü ağ şüşədən muncuqlar, zahiri görünüşünə görə nefrit məmulatlarını xatırladan kult “bi” disklər hazırlamaq üçün istifadə edilib. Həmçinin çarlıqlar dövründə polixrom şüşədən “İynəcə gözləri" adlı muncuqlar hazırlanırdı. Göy-yaşıl və ya sarı rəngli bu şüşə muncuqlar iynəcənin gözlərinə bənzəyən qeyri-bərabər ölçüdə bəbəyi olan göz təsvirləri ilə bəzədilərək talisman və ya gözmuncuğu kimi istifadə edilirdi. Altı sülalə dövründə Çində natrium şüşəsinin istehsalına başlanılıb, Suy dövründə isə keramika məmulatını təqlid edərək əsasən yaşıl və göy rəngli şəffaf şüşələrdən nadir gözəlliyə malik qablar hazırlanırdı. Tan sülaləsi dövründə isə çinli ustalar üfürülən şüşə istehsalı üsulunu mənimsəyərək nifrit və kəhrəbanın bənzəri olan bəzək əşyaları hazırlayırdılar. Bu tipli bəzək əşyaları olan boyunbağı və qolbaqlar o dövrdə qiymətli daşlar kimi qiymətləndirilirdi. Min sülaləsi dövründə boyalı şüşə məmulatları məharətlə oyma işləri, qəliblənmiş hissələri ilə seçilirdi və şüşə muncuqlara xüsusi sferik forma verilirdi.
R.Abbasov qeyd edib ki, 1696-cı ildə Kansi imperatoru Pekində iynə qutuları ilə məşhur olan şüşə sexi yaradıb. Çin bədii şüşə istehsalının "qızıl dövrü" imperator Syanlunun hakimiyyəti vaxtı olub. Ənənəvi süjetlərdən və dərin simvolik məna daşıyan ornamentlərdən istifadə edilməklə, relyef oymaları olan çoxqatlı rəngli şüşədən yüksəkkeyfiyyətli qablar, boşqablar, vazalar, şamdanlar, güldanlar hazırlanıb. Bir-birindən formasının bir qədər əyriliyi ilə fərqlənən unikal qoşalaşmış mavi şüşə vazalar, “sarımsaq başı” şəklində hazırlanmış vazalar, klassik "lotus gölməçəsi" kompozisiyasının təcəssümü olan zərif çəhrayı şüşə vazalar hazırlanırdı. Quşların və heyvanların miniatür heykəlciklərinin, şüşədən üzüm salxımlarının hazırlanması müasir Çin ustaları arasında geniş tətbiq olunur.
Vurğulanıb ki, XVII-XVIII əsrlərə aid rəngli şüşədən hazırlanmış bədii məmulatlar İpək Yolu boyunca mədəniyyətlərin, incəsənətin və texnologiyanın inteqrasiyasını əks etdirən Çin ustalarının böyük yaradıcı təxəyyülünü, məharətini və böyük bədii zövqünü əyani şəkildə göstərir.
Tehsil-press.az