Soyludan oğlu ilə bağlı iddialara cavab - “İstefa verərəm”

Soyludan oğlu ilə bağlı iddialara cavab - “İstefa verərəm” Türkiyənin daxili işlər naziri Süleyman Soylunun qatıldığı tədbirlərin birində əsgərlərə “Vəzifənizi yerinə yetirməyə gedərkən Allah rizası üçün dəstəmazlı gedin” sözləri jurnalist Şirin Payzınla mübahisəyə səbəb olub.
Payzın nazirin sözlərinə cavab olaraq sosial şəbəkədə yazıb:
“Bura dünyəvi ölkədir, məncə, unutmusunuz.. Üstəlik, adama deyərlər ki, əvvəlcə oğlunla, şirkətinlə bağlı iddialara cavab ver”.
Jurnalistin bu sözlərinə Soylunun cavabı gecikməyib. Nazir “Sizə bir həftə vaxt verirəm. Bildiyinizi deməsəniz, namərdsiniz. Bir tək şey çıxsa, vəzifədə 1 dəqiqə qalan şərəfsizdir. Hamını özünüz kimi düşünməyin” deyə qarşılıq verib.

Tehsil-press.az

Oxşar xəbərlər