Sarayevodakı tarixi Viyeçniça kitabxanasının yandırılmasından 30 il ötür

Sarayevodakı tarixi Viyeçniça kitabxanasının yandırılmasından 30 il ötür Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun əsas simvollarından biri olan tarixi Viyeçniça kitabxanasının binasının yandırılmasından 30 il keçir.
Memarlığı ilə göz oxşayan kitabxana binasına 1992-ci il avqustun 25-də Sarayevonu mühasirəyə alan serb əsgərlərinin artilleriya atəşi nəticəsində baş verən yanğında böyük ziyan dəyib. Sarayevo mühasirəsinin canlı şahidinə çevrilən kitabxana binasında üç gün davam edən yanğında 155 min əlyazma ilə yanaşı, ölkənin milli arxivlərinin də olduğu təxminən 2 milyon əsər məhv olub.
Kitabxana binası 18 il davam edən təmir işlərindən sonra - 2014-cü il mayın 9-da köhnə fotoşəkillər və təsvirlər sayəsində orijinal formasına uyğun olaraq istifadəyə verilib.
Qeyd edək ki, tarixi bina Avstriya-Macarıstan hakimiyyəti dövründə Əndəlüs memarlığı ilə inşa edilib.

Tehsil-press.az


Oxşar xəbərlər