Mütəmadi olaraq Azərbaycan alimlərinin heç bir ixtirasının olmaması, alim adını yalandan almaları istiqamətində fikirlər səsləndirilir. Hətta Milli Elmlər Akademiyasının gərəksiz bir qurum olduğu, oranın elmi yeniliklərdən uzaq qocalardan ibarət bir müəssisəyə çevrildiyi də deyilir. Amma Azərbaycan alimlərinin gəlirinin dünya ölkələriylə müqayisədə aşağı olduğunu çox az qisim insan dilə gətirir.
Maraqlıdır, Azərbaycanın elmi kəşflər baxımından geri qalmasının əsas səbəbi nədir? Burada alimlərin fəaliyyətsizliyi, yoxsa elmə az maliyyə ayrılması aparıcı rol oynayır?
İqtisad üzrə elmlər doktoru, professor, Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri Elşad Məmmədov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, Elmlər Akademiyasının fəaliyyətinə, bütövlükdə isə Azərbaycan elminə biznes nöqteyi-nəzərdən yanaşmaq olduqca yanlış fəlsəfədir:
“Biz elmə sırf üç-beş aya iqtisadi dividendlər qazandıran sahə kimi yanaşmamalıyıq. Elmi istiqamətlərin adekvat təsnifatı aparılmalıdır. Fundamental, tətbiqi və sahəvi elm var. Onların hər birinə yanaşmalar fərqli olmalıdır. Maliyyələşmə və idarəetmə də müvafiq qaydada aparılmalıdır.
Əgər biz iqtisadi cəhətdən, texnoloji baxımdan, elmi inkişaf nöqteyi-nəzərindən mütərəqqi ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, fundamental elm tam şəkildə dövlət tərəfindən maliyyələşir. Yəni dövlətin iqtisadi mexanizmində bu öz əksini tapmalıdır. Elmə dövlət tərəfindən ayrılan xərcləri tənzimləmək üçün normativlər müəyyən edilməlidir.
Praqmatik və effektiv yanaşmalar bu gün bu göstəricilərin təqribən dörd-beş faiz civarında müəyyən olunmasını zəruri edir. Bizdə isə bundan söhbət belə gedə bilməz. Hesablamalarıma görə, göstəricilər on dəfədən də aşağıdır. Sözsüz ki, bu, bir problemdir. Xüsusilə fundamental elmi istiqamətlər üzrə maliyyələşməni biz kənarda qoya bilmərik”.
Professor sahəvi və tətbiqi elmlə bağlı proseslərin 50 faizinə özəl sektorun qoşulmasının vacibliyini vurğulayıb:
“Amma 50 faizlik də dövlət iştirakına ehtiyac var. Elm bir ölkə sərhədləri ilə də məhdudlaşdırıla bilməz. Elmi mübadilə, müxtəlif istiqamətlər üzrə texnoloji korporasiyalar lazımdır. Elm ictimaiyyəti arasındakı münasibətlər heç də dövlət sərhədləri ilə müəyyənləşmir. Ona görə də biz ilk növbədə qonşu dövlətlərlə bu istiqamətdə əməkdaşlıqdan söz açmalıyıq. Bizim araşdırmalarımızın effektiv olması üçün bunu reallaşdırmalıyıq.
Digər ciddi problemlərdən biri də sahələr üzrə elmi inkişafın son onilliklər ərzində geriləməsiylə bağlıdır. Sovet sistemində müxtəlif sahələrə cavab verən nazirliklərin tərkibində elmi-tədqiqat institutları vardı. Özəlləşdirmə, bazar iqtisadiyyatına keçid, demək olar ki, onların məhvinə səbəb oldu. Bu da geriləməyə gətirib çıxardı. Biz bu gün həm kənd təsərrüfatında, həm də iqtisadiyyatın digər sahələrində onun fəsadlarını hiss edirik. Çünki sahələr üzrə elmi inkişafın olmaması iqtisadiyyatı büdrədir, kor vəziyyətdə qoyur”.
Alim qeyd edib ki, hər sahədə reallaşdırılan iqtisadi və texnoloji siyasət innovasiyalara, elmi-texniki tərəqqiyə bağlıdır:
“Onsuz innovativ göstəricilərə nail olmaq mümkün deyil. Ona görə də yanaşmalar primitiv olmamalıdır. Maliyyəni kəsərək, hansısa institutları açıb-bağlayaraq elmin düzələcəyini düşünmək yanlışdır.
Ən mühüm məqamlardan biri də elmi idarəçiliklə bağlıdır. Təəssüf ki, bir çox hallarda ali məktəblərdə, elmi-tədqiqat institutlarında müvafiq elmi və idarəetmə təcrübələri olmayan insanlar rəhbər vəzifələrdə çalışırlar. Onların çalışmalarının fəsadlarını isə həm kollektivləri, həm də bütün ölkə hiss edir və ağrısını çəkir. Əgər biz rəqabətqabiliyyətli iqtisadi, texnoloji sistem qurmaq istəyiriksə, problemlər həllini tapmalıdır və onların həlli real effektiv üsullardan uzaqda axtarılmamalıdır. Məsələn, kimsə neçə dil bilirsə, xaricdə təhsil alıbsa, bu onun vəzifəyə gəlməsinə əsas vermir. Belə yanaşmalar Azərbaycanın elmi infrastukturunda mənfi nəticələrini göstərir”.
Tehsil-press.az