İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının yeni ildə ilk iclası onlayn formatda keçirilib.
İclasda Elmi Şuranın sədri, institutun direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iştirakçıları Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edərək onlara işlərində uğurlar arzulayıb. O bildirib ki, bu gün alimlərin üzərinə düşən əsas vəzifə ölkənin elmi-texnoloji, cəmiyyətin mədəni-mənəvi inkişafını təmin etməkdir. Məhz ona görə də cari ildə Elmi şuranın ilk iclasının gündəliyinə 2021-ci il üçün İnstitutun elmi-tədqiqat işlərinin planlarının müzakirəsi və digər vacib məsələlər daxil edilib.
Ə.Sadıqov institutun əsas elmi istiqamətlərini və 2021-ci il üçün elmi-tədqiqat işləri planının layihəsini təqdim edib. O, qeyd edib ki, layihə institutun bütün şöbə və laboratoriyalarının iştirakı, müasir dünya elminin inkişaf meylləri və ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı elmi və texnoloji problemlər nəzərə alınmaqla hazırlanıb.
İclasda elmi istiqamətlər və plan layihəsi geniş müzakirə olunub.
Akademiklər Telman Əliyev və Əli Abbasov, AMEA-nın müxbir üzvləri Qorxmaz İmanov, Kamil Aydazadə, Ağası Məlikov, professorlar Knyaz Məmmədov, Kamil Mənsimov, Ramin Rzayev, Qəmbər Quluyev, Eldar Şahbazov, Abbas Rzayev, Elçin Əliyev, İlqar Məmmədov, dosent Əbülfət Fətullayev, iqtisad üzrə fəlsəfə doktoru Aygün Əliyeva və başqaları çıxış edərək rəy və təkliflərini bildiriblər.
Plana bir sıra əlavə və dəyişikliklərin edilməsi tövsiyə olunaraq layihə səsə qoyulub və qəbul edilib.
İclasda İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun 80 illik yubileyinin təşkili və keçirilməsi ilə bağlı məsələ müzakirə olunub.
Sonra gündəlikdəki digər məsələlər, o cümlədən Elmi şuranın tərkibində dəyişikliklərin edilməsi, institutun elmi jurnalı, elmi seminarı və s. haqqında məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Tehsil-press.az