Bakı Dövlət Universitetinin tələbələri Neft və Qaz İnstitutunda təcrübədə

Bakı Dövlət Universitetinin tələbələri Neft və Qaz İnstitutunda təcrübədə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin sonuncu kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunda təcrübə keçirlər.
Tələbələrdən 4-ü institutun şöbə müdiri Bünyad Kazımovun rəhbərliyi ilə Karbohidrogen yataqlarının işlənilməsinin texnoloji və iqtisadi problemləri şöbəsində yerinə yetirilən elmi tədqiqat işinin mövzusuna uyğun olaraq araşdırılan məsələlər haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə edir. Həmin məsələlərin həllinə tətbiq edilən metodiki yanaşmalar və alınmış müvafiq həll və alqoritmlərin kompüterdə reallaşdırılması üzrə əməli bacarıqlara yiyələnirlər. Onlar, eyni zamanda, şöbənin son illər ərzindəki elmi-təşkilati fəaliyyətinə dair zəruri informasiyalar əldə edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər