Bakı Dövlət Universitetində yerinə yetirilmiş elmi tədqiqat işləri müzakirə edilib

Bakı Dövlət Universitetində yerinə yetirilmiş elmi tədqiqat işləri müzakirə edilib Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.
İclasda BDU-nun 2020-ci ildə yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında hesabat dinlənilib. Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov BDU-da müxtəlif elmi istiqamətlər üzrə aparılmış fundamental və tətbiqi xarakterli tədqiqatlar haqqında məlumat verib. Hesabatda universitet fakültələrinin və elmi-tədqiqat institut, mərkəz və laboratoriyalarının strukturu, kadrların elmi potensialı, əməkdaşların elmi nəşrləri və tədbirlərdə iştirakı, elmi tədqiqatların səmərəliliyi və nəticələrinin tətbiqi, qrantlar əsasında yerinə yetirilən tədqiqat işləri və s. barədə ətraflı məlumat verilib.
Sonra iclas cari məsələlərin müzakirəsi ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər