Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı başa çatıb

Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı başa çatıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda Bakıda keçirilən “II beynəlxalq elmi konfrans başa çatıb.
Martın 6-da keçirilən bağlanış mərasimində çıxış edən şuranın sədri, dosent Famin Salmanov konfransın qarşısına qoyduğu məqsədlərə çatdığını söyləyib. O deyib: “İstər plenar və seksiya iclaslarında, istərsə də poster müzakirələrində gənc alimlərin bir-birindən maraqlı təqdimatları oldu. Demək olar ki, gənc alimlərimizin elmi nəticələrində həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri əsaslı şəkildə yüksəlib”.
Bildirilib ki, bu konfrans elmə yenicə atılan gənclərimiz üçün mühüm bir platforma oldu. Onlar öz xarici həmkarları ilə fəal müzakirələrə qoşulmaqla, gələcəkdə oxşar aktual mövzularda birgə tədqiqatlar aparmaq imkanları əldə etdilər. Yaxın gələcəkdə bunun praktik nəticələrinin şahidi olacağıq.
Sonra konfransın panel iclaslarının moderatorları, dosentlər Orxan Abbasov, Əfsun Sucayev, Ulduzə Qurbanova, Səbinə Kazımova, Eşqanə Babayeva çıxış edərək müvafiq mövzular üzrə rəy və fikirlərini bildiriblər.
Mərasimdə yerli və xarici gənc alimlər də çıxış edərək təəssüratlarını bölüşüblər.
Tədbirin yekununda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans AMEA-nın 75 illiyinə həsr olunub.

Tehsil-press.az

Oxşar xəbərlər