Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır Avqustun 30-da 2022-2023-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır.
II mərhələ üzrə sənəd qəbulunun sentyabrın 5-dək aparılması planlaşdırılır.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22 min 16 nəfərdən 59 min 993 müraciət daxil olub.

Tehsil-press.az



Oxşar xəbərlər