Biz Aİ prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndiririk - Hikmət Hacıyev

Biz Aİ prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndiririk - Hikmət Hacıyev Biz Avropa İttifaqının Prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndiririk.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında bildirib.
“Biz Avropa İttifaqının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası münasibətlərin normallaşmasına kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”, - deyə Hikmət Hacıyev qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər