ADPU-nun filiallarında STEAM fənni ilə bağlı təlimlər keçirilib

ADPU-nun filiallarında STEAM fənni ilə bağlı təlimlər keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki və Cəlilabad filiallarında “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiqi” adlı qrant layihəsi çərçivəsində “Ümumtəhsil müəssisələrində STEAM fənninin təkmilləşdirilməsi” istiqaməti üzrə təlimlər keçirilib. Tədbir Təhsil Nazirliyi, ADPU və ADPU STEAM Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Təlimləri STEAM Mərkəzinin əməkdaşları dosentlər Sevinc Cəlilova, Qalib Şərifov, baş müəllim Gülşən Musayeva, Cavid Tapdıqlı, Lalə Mansurova, Aysel Fərəcova və Xumarə Qəhrəmanlı aparıb.
Tədbirlər iki gün ərzində nəzəri və praktik modullar üzrə təşkil olunub. Təlimlərdə Şəki filialı üzrə 31, Cəlilabad filialı üzrə 21 orta məktəb müəllimləri, ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti, dekanlar, kafedra müdirləri, fənn müəllimləri iştirak ediblər.
Ümumtəhsil müəssisələrində STEAM fənninin təkmilləşdirilməsi istiqaməti üzrə keçirilən təlimdə bu fənnin pedaqoji və metodoloji aspektləri, müxtəlif STEAM metodologiyaları, fənn üzrə 5E və 7E dərs modelləri, qiymətləndirmə meyarları, 3D modelləşdirmə və dizayn proqramları, 3D printer və 3D qələmdən istifadə texnologiyası, mikrobit vasitəsilə layihələrin hazırlanması haqqında məlumat verilib. Təlim iştirakçıları praktik olaraq 3D qələmdən, 3D printerdən və mikrobitdən istifadə ilə bağlı bilik və bacarıqlara yiyələniblər.
Sonra iştirakçıların sualları cavablandırılıb, irad və təkliflər dinlənilib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər