“Bosniya və Herseqovina ilə Türkiyə arasında vətəndaşların gediş-gəlişinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsinə qərar verilib”.
Bunu Bosniya və Herseqovinada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Milorad Dodiklə keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında şəxsiyyət vəsiqəsi ilə səyahətin həyata keçirilməsi üzrə razılığın əldə olunduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan bundan sonra Türkiyədən Bosniya və Herseqovinaya, Bosniya və Herseqovinadan isə Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməyin mümkün olacağını vurğulayıb.
Türkiyənin regiondakı mövcud çətinlikləri aradan qaldırmaq üçün əlindən gələni etməyə hazır olduğunu qeyd edən Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında 876 milyon dollara çatan ticarət dövriyyəsinin yüksəldilməsini və qarşılıqlı investisiyaların artırılmasını müzakirə etdiklərini bildirib.
Tehsil-press.az