Böyük Britaniya Bosniya və Herseqovinada hərbi kontingentini artırmağı planlaşdırır

Böyük Britaniya Bosniya və Herseqovinada hərbi kontingentini artırmağı planlaşdırır Böyük Britaniya hökuməti Bosniya və Herseqovinada hərbi kontingentini artırmağı nəzərdə tutur.
Bu barədə Böyük Britaniyanın Bosniya və Herseqovinadakı səfirliyi məlumat yayıb.
Səfirlikdən bildirilib ki, Böyük Britaniyanın sülhməramlı missiyada iştirakını artırmaq niyyəti olmasa da, Bosniya və Herseqovinada hərbi fəaliyyətini gücləndirməyin yollarını axtarır. Bunun Bosniya və Herseqovina ilə qarşılıqlı razılaşma yolu ilə və ya NATO-nun Sarayevodakı qərargahı vasitəsilə ola biləcəyi vurğulanıb.
Qeyd edək ki, daha əvvəl NATO-nun da seçki prosesi zamanı Bosniya və Herseqovinada hərbi kontingentini artırmağı planlaşdırdığı iddia edilmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər