Fransanın Monpelye Universitetinin ikili diplom proqramına qeydiyyat başlanır

Fransanın Monpelye Universitetinin ikili diplom proqramına qeydiyyat başlanır 2023/2024-cü tədris ili üçün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarəolunması ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Monpelye Universitetinin ikili diplom proqramına qeydiyyat başlanır.
Proqrama qəbul olan tələbələr 3-cü kurs təhsillərini Monpelye Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərinə 4-cü kursdan davam edəcəklər. Fransada oxuduqları müddətdə onlara Monpelye Universitetinin tələbə kartları veriləcək. Təhsili uğurla bitirən tələbələr UNEC-lə yanaşı, Monpelye Universitetinin də diplomunu əldə edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər