Nazirlik: 2022-2023-cü tədris ilində bir nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb

Nazirlik: 2022-2023-cü tədris ilində bir nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığa dair 2017-ci il 3 aprel tarixli müqaviləyə uyğun olaraq, bir nəfər Azərbaycan Respublikası vətəndaşı 2022-2023-cü tədris ili üzrə Qazaxıstanda təhsil almaq imkanı qazanıb.
Bildirilib ki, sözügedən şəxs Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University”də magistratura səviyyəsində logistika sahəsi üzrə təhsil almaq hüququ qazanıb.
Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan martın 16-da verilib.

Tehsil-press.az


Oxşar xəbərlər