Bu ərazilər referendum keçirmədən Rusiyanın tərkibinə qatılmalıdır

Bu ərazilər referendum keçirmədən Rusiyanın tərkibinə qatılmalıdır Bu arada Sevastopol qubernatoru Mixail Razvojayev Rusiya rəhbərliyini Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Xerson vilayətində Rusiya ərazisinə birləşdirilməsi ilə bağlı referendumları mümkün qədər tez keçirməyə çağırıb.
O, belə bir bəyanatı özünün Telegram kanalında yayıb.
Xatırladaq ki, bundan əvvəl DXR və LXR-in ictimai palataları Donbass respublikalarının rəhbərlərinə və DXR Xalq Şurasına respublikaların Rusiya Federasiyasının tərkibinə daxil olması məsələsi ilə bağlı təcili referendumların təşkili və keçirilməsi xahişi ilə müraciət etmişdilər.
“Mən bu qərarı dəstəkləyirəm və inanıram ki, bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır”.
Qeyd edək ki, bunu Razvojaev deyib.
O, yerli sakinlərin “8 ildir ki, bunu gözlədiklərini” də əlavə edib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti baş verənlərdən...“isterikadadır” və ona görə də Donbass sakinlərini “qorxmağa” çalışır. Maraqlıdır ki, Razvojaev Ukraynanın “buna nail ola bilməyəcəyinə əmindir”.
Sevastopol qubernatoru, Ukraynanın sülh şəraitində yaşamaq istəyən “insanları “hər gün öldürdüyünü” də deyir.
Razvojaev hesab edir ki, DXR, LXR və Xerson vilayətinin Rusiyaya daxil olması ilə bağlı bütün hüquqi prosedurlar mümkün qədər tez başa çatdırılmalıdır ki, yerli sakinlər “rahatlıq tapa bilsinlər”.
...Burada maraqlı bir nüansı da xatırladaq ki, bir müddət bundan əvvəl rusiyalı politoloq Sergey Markov Rusiya hakimiyyətini referendum-filan keçirmədən Ukraynanın nəzarətindəki əraziləri də Rusiyanın tərkibinə qatmağı təklif edib.

Tehsil-press.az

Oxşar xəbərlər