Ukraynalı komandir Rusiyanın hansı istiqamətdən hücum edəcəyini açıqladı

Ukraynalı komandir Rusiyanın hansı istiqamətdən hücum edəcəyini açıqladı “Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə, əsas zərbə Donbassdan deyil, ən sürətli marşrutdan həyata keçiriləcək”.
Bunu Ukraynanın “Azov” alayının komandiri Denis Prokopenko “NTA” telekanalının efirində deyib.
Onun sözlərinə görə, belə bir hücum Bransk-Kiyev istiqamətində endirilə bilər.
“Çerniqov vilayətində sərhəddən Kiyevə qədər olan məsafə 200 kilometrdən azdır, buna görə də, bu Ukrayna paytaxtını ələ keçirməyin və hakimiyyəti kapitulyasiyaya məcbur etməyin ən sürətli yoludur”, - deyə komandir qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər