AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının təqdimatı və müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan elminin, ədəbiyyatının öyrənilməsində təzkirələrin böyük rolu var. Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” təzkirəsi təkcə Azərbaycanı deyil, bütün türk dünyasını əhatə edən bir təzkirə kimi hazırlanıb. Bu gün türk dünyasında təzkirəşünaslığın zirvəsini fəth etmiş Dövlətşah Səmərqəndinin Azərbaycanda çap olunan “Təzkirətüş-şüəra” kitabı geniş ictimaiyyətə təqdim olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin apardığı böyük iş türk dünyasında və dünyada Azərbaycanın və Özbəkistanın dostluğunun və əməkdaşlığının bir nümunəsidir. Dövlətşah Səmərqəndinin kitabının Bakıda çap olunması, akademiyada onun təqdimatının keçirilməsi ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verir. Bugünkü tədbir Azərbaycan-Özbəkistan əlaqələrinin müstəqillik dövründə daha da inkişaf etdirilməsi istiqamətində möhkəm körpülərdən biridir.
Qeyd olunub ki, bu təzkirə Özbəkistandan Anadoluya qədər böyük bir coğrafiyada türk dünyasının və ümumiyyətlə, şərqşünaslığın ədəbi-tarixi mənbəyidir. Təzkirə klassik poemaların başlanğıcının prinsiplərinə uyğun olaraq yazılıb. Təzkirə elmi əsərdir, burada isə dibaçə, padşahın, peyğəmbərin, müəllifin tərifi də vardır. Sonda xatimə verilib. Əslində bu, təzkirənin sədlərini aşan mükəmməl bir ədəbiyyat ensiklopediyasıdır.
“Dövlətşah Səmərqəndinin Nizami Gəncəvi haqqında yazdıqlarını xüsusi qiymətləndirirəm. İndiki tədqiqatlarda bu təzkirəyə istinad olunur və artıq daha rahatlıqla istinad olunacaq. Hazırladığımız “Nizami Gəncəvi ensiklopediyası” üçün ən mötəbər mənbələrdən biri olacaq. Əsəri tərcümə edən Əhmədağa Əhmədov uzun illər onun üzərində çalışıb. Müxtəlif səbəblərdən çap olunmayıb. Bu tədbirdə bacıları və ailə üzvləri iştirak edirlər. Lalə Sultanova bu əsərə yeni həyat gətirib”, - deyə akademik bildirib.
Sonra Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Bəhramcan Qayıbov çıxış edərək Azərbaycan-Özbəkistan əlaqələrinin son dövrlər yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Kitabın çapı üçün əməyi keçən hər kəsə Özbəkistan adından təşəkkürünü bildirib. Əlavə edib ki, bu kitab Azərbaycan və Özbəkistandan başqa, türk və müsəlman dövlətlərinin ədəbiyyatşünasları üçün qiymətli mənbədir. Kitab fars dilindən Azərbaycan dilinə tərcümə olunub. Hələ özbək dilinə tərcümə edilməyib, orada çap olunmayıb. Yaxın illərdə yəqin ki, Azərbaycan dilindən özbək dilinə tərcümə olunar.
Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimov çıxışında vurğulayıb ki, belə bir dəyərli kitabın ərsəyə gəlməsi və təqdimatının keçirilməsi Azərbaycan-Özbəkistan dostluğunun, qardaşlığının yeni mərhələsidir.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli çıxışında qeyd edib ki, təzkirəçilik türk təfəkkürünün məhsuludur. Qədim dünyada təzkirələr olmayıb. Bu, ilk dəfə XIII əsrdə türk alimin təzkirəsi ilə başlayıb. Dövlətşah Səmərqəndi də bir türk alimidir.
Tədbirdə filologiya elmləri doktorları, professorlar Tərlan Quliyev və İmamverdi Həmidov nəşr barəsində fikirlərini bölüşüblər. Özbəkistanlı alimlər, filologiya elmləri doktorları, professorlar Diloram Salahi və Nurbay Cabbarov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Əsəri çapa hazırlayan, “Ön söz” və bəzi qeydlərin müəllifi Əlyazmalar İnstitutunun elmi işçisi Lalə Sultanovadır. Kitabı farscadan tərcümə edən, müqəddimə, qeyd və şərhlərin müəllifi Əhmədağa Əhmədov, nəşrin elmi redaktoru Tərlan Quliyevdir.
Tehsil-press.az