Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Şota Rustaveli və Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından sonra bu sahədə görülən işlərdən danışıb. Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” çərçivəsində akademiyada və Ədəbiyyat İnstitutunda görülən işlər barədə geniş məlumat verib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri layihənin nəticəsi olaraq “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsini “Nizami Gəncəvi İli”nə böyük töhfə adlandırıb. Kitabın ərsəyə gəlməsində Nizamişünaslıq şöbəsinin də böyük xidmətləri olduğunu vurğulayıb.
Sonra Nizamişünaslıq şöbəsinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva kitabın hazırlanma prosesindən və mahiyyətindən danışıb.
Filologiya elmləri doktoru professor İrma Ratiani “Şota Rustaveli və Nizami Gəncəvi” kitabı haqqında söz” mövzusunda məruzə edərək həyata keçirilmiş bu layihə haqqında təfərrüatı ilə məlumat verib və nəşrin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü çatdırıb.
M.Uluqbəy adına Özbəkistan Milli Universitetinin Özbək ədəbiyyatşünaslığı kafedrasının müdiri professor Hamidulla Baltobayev Nizami Gəncəvinin özbək dilinə ilk dəfə olaraq tərcümə olunmuş “Xəmsə”nin xüsusi nəşrini də “Nizami Gəncəvi İli”nə bir hədiyyə adlandırıb.
Nizamişünaslıq şöbəsinin əməkdaşları filologiya üzrə fəlsəfə doktorları Təhminə Bədəlova və Yelena Teyer, Gürcüstan alimləri Maka Elbakidze və Qaqa Lomedze çıxış edərək “Şota Rustaveli və Nizami Gəncəvi” kitabı haqqında fikirlərini bölüşüblər.
AMEA Memarlıq və İncəsənət İnstitutunun icraçı direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov çıxışında Nizaminin əsərləri ilə bağlı incəsənət nümunələrindən bəhs edib. Ona Şota Rustaveli və Nizami Gəncəvinin birgə portretini çəkmək təklif olunub.
Sonda qonaqlara Nizami Gəncəvi ilə bağlı rəmzi hədiyyələr və müxtəlif nəşrlər təqdim edilib.
Tehsil-press.az