Özbəkistanın tanınmış alimi Ədəbiyyat İnstitutunda magistrant və doktorantlar üçün seminar keçirib

Özbəkistanın tanınmış alimi Ədəbiyyat İnstitutunda magistrant və doktorantlar üçün seminar keçirib Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistanın tanınmış alimi, professor Həmidulla Baltabayevin “Özbək ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi” mövzusunda seminarı olub.
Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli magistrant və doktorantlar üçün təşkil olunmuş seminara dəvəti qəbul etdiyinə görə professor Həmidulla Baltabayeva minnətdarlığını bildirib.
Seminarda Təhsil şöbəsinin müdiri sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, filologiya elmləri doktoru Yaşar Qasımbəyli və başqa alimlər iştirak ediblər.
Özbəkistan alimi Ədəbiyyat İnstitutunun doktorant, dissertant və magistrantlarının suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər