UNEC ilə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanıb

UNEC ilə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda olub.
Nümayəndə heyəti öncə institutun həyətində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüb.
Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları, eləcə də institutda təcrübə keçən tələbə və məzunlar ilə görüşən rektor Ədalət Muradov burada aparılan elmi-tədqiqat işləri ilə də tanış olub.
Görüşdən sonra UNEC ilə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Rektor Ədalət Muradov və Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyevin imzaladığı sənədə əsasən, tərəflər ETİ-də həyata keçirilən layihələrə tələbələrin və gənc alimlərin cəlb edilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni mövzuların yazılması, hakatonların keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər