Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.
Beş il müddətinə imzalanmış müqaviləyə əsasən dənli-taxıl və paxlalı bitkilərin yeni sortlarının yaradılması, həmçinin həmin bitki kolleksiyalarının gen spesifik markerlərlə identifikasiyasının aparılması, pasportlaşdırılması, ilkin toxumçuluğun qurulması nəzərdə tutulub. Bununla yanaşı, hər iki qurum birgə seleksiya işləri aparacaq, təlim, seminar, elmi-praktik konfranslar və tarla günləri təşkil edəcək. Müqavilədə birgə kadr hazırlığı, gənc tədqiqatçıların elmi-tədqiqat işlərinə cəlb edilməsi, onların respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakının dəstəklənməsi, yerli və beynəlxalq fondların müsabiqələrində birgə iştirakı kimi məsələlər də əks olunub.
Müqaviləni GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Cavanşir Təlai imzalayıblar.

Kəmalə Rəhimli