Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminovun dəvəti ilə XX Aprel Beynəlxalq Elmi Konfransında iştirak edib.
Konfransda Harvard, Bonn, Kaliforniya, Miçiqan, Vyana, Florida, Sidney universitetlərinin və digər ali məktəblərin nümayəndələri iştirak ediblər.
Konfransda dövlət idarəçiliyi, makroiqtisadiyyat və iqtisadi artım, beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, sosial siyasət, maliyyə institutları və digər məsələlər müzakirə olunub.
UNEC-in rektoru Ədalət Muradovun “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminovla görüşündə əməkdaşlıq imkanları müzakirə edilib, ikili diplomla bağlı razılıq əldə olunub.
Ədalət Muradov UNEC-in Dərbənd filialının potensialından birgə istifadə edilməsi imkanlarına toxunub. UNEC-in rektoru “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin bazasında yaradılan Ali İqtisad Məktəbinin müxtəlif təhsil proqramlarından, əməkdaşlıq çərçivəsində tədqiqatlar aparılmasından, nəticələrin “Scopus” və “Web of Science” platformalarına daxil olan impakt faktorlu elmi nəşrlərdə dərc edilməsi imkanlarından danışıb.
Rektor Yaroslav Kuzminov birgə onlayn və oflayn təhsil proqramlarının yaradılması, (həmçinin Coursera platforması bazasında) birgə UNEC-HSE kursunun hazırlanması, UNEC doktorantlarının “Rossiyskie postdoki” proqramında iştirakı barədə məlumat verib. Qeyd olunub ki, UNEC-in doktorantı dissertasiyanın müdafiəsindən sonra iki il müddətində AİM-də təhsil almaq və dərs demək imkanı əldə edəcək.
Ədalət Muradov Belçikanın Breyqel, ABŞ-ın Florida Atlantik, Polşanın Katovays İqtisadiyyat və digər universitetlərin nümayəndələri ilə də görüşüb.
Görüşlərdə ikitərəfli əməkdaşlıq, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlər müzakirə edilib.
UNEC-in Mətbuat Xidməti