Azərbaycan Dillər Universitetində Çin rəssamlarının virtual sərgisi keçirilib

Azərbaycan Dillər Universitetində Çin rəssamlarının virtual sərgisi keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 73-cü ildönümü münasibətilə “Çin rəssamlarının rəsm əsərlərində tarixi mövzu” adlı virtual sərgi təşkil olunub.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ÇXR-in yaranma tarixindən və bu hadisənin XX əsr dünya siyasi tarixində əhəmiyyətindən söhbət açıb. O, Çin Kommunist Partiyası və ÇXR-in banisi, Xalq inqilabının lideri Mao Tszedunun ölkə tarixindəki rolunu xüsusi qeyd edib. R.Abbasov onu da bildirib ki, Çin rəssamlarının əsərləri öz idealları və məqsədləri ilə inqilab tarixinin dərk olunmasında, eyni zamanda, xalqın mənəvi təcrübə və arzularının əks etdirilməsində mühüm rol oynayıb.
Sərgidə Çinin məşhur rəssamları - Dong Xivenin “Dövlət quruluşunun elan edilməsi mərasimi” və “Qırmızı Ordu uzun bir yürüşdən qorxmur”, Cai Liangın “15 avqust gecəsi”, Feng Fasinin “Jajinshan dağlarını keçmək”, Xu Houzhenin “Buradan partiya gəmisi yola düşdü”, Yu Xinminin “Nanhu gölündə çiskinli yağış”, Yang Zhiguanin “Yoldaş Mao Tszedun kəndli hərəkatının kurslarında”, “Pan Henin “Çətin illər” və bir çox rəsm əsərləri nümayiş olunub.
Tədbirdə, həmçinin Pekinin Tyananmen meydanında 1949-cu ildə Çin Xalq Respublikasının yaradılmasının elan edilməsinə dair tarixi videoxronikanın kadrları göstərilib.

Tehsil-press.az


Oxşar xəbərlər