Azərbaycan Dillər Universitetində ənənəvi Çin bayramı qeyd olunub

Azərbaycan Dillər Universitetində ənənəvi Çin bayramı qeyd olunub Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mədəniyyətində mühüm yer tutan Dunçji bayramının yaranma tarixi və fəlsəfəsi haqqında məlumat verib.
Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva bayram mərasimlərindən bəhs edib, Dunçjinin rəmzi olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm etdirdiyini bildirib. O, həmçinin düyüdən top şəklində hazırlanmış şirin şorbanın – tangyuanın (Xan sülaləsi dövründə hazırlanan və ailə birliyinin rəmzi sayılan təam) hazırlanmasından danışıb.

Tehsil-press.az

Oxşar xəbərlər