Dillər Universitetində "Çin plakat sənəti" seminarı

Dillər Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin plakat sənəti” adlı tələbə seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin plakatının yaranmasının tarixi mərhələləri, onun üç əsas janrı - ictimai, kommersiya və dekorativ janrları barədə məlumat verib.
R.Abbasov Azərbaycan plakat sənətinin tarixindən, tanınmış Azərbaycan rəssamlarının vətənpərvərlik mövzusunda, eləcə də sosial problemlər və milli bayramlara həsr olunmuş əsərlərindən danışıb. O, həmçinin Azərbaycanda keçirilən “Heydər Əliyev - Müstəqil Azərbaycan”, “Azərbaycan bu gün”, “Teatr plakatı”, “AİDS-ə qarşı”, “Gömrük rəssamların gözü ilə” respublika plakat müsabiqələrini xatırladıb.
Seminarda ADU-nun çinşünas tələbələri Çin plakatlarının yaradılmasının xüsusiyyətlərindən danışıblar. Bildirilib ki, Çin plakatlarının kompozisiya naxışları - boşluq, təzad, ortalıq kimi ənənəvi bədii-fəlsəfi anlayışlarla əlaqələndirilir. Eyni zamanda, rənglərin dərin simvolizmi, xalq sənətinin ornamentləri, ənənəvi mifologiyanın süjet və obrazlarından istifadə olunması ilə seçilir.

Tehsil-press.az


Oxşar xəbərlər