BDU-nun bir qrup müəllim və tələbəsi Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib

BDU-nun bir qrup müəllim və tələbəsi Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib Bakı Dövlət Universitetinin (BDU) müəllim və tələbələri II Şəhidlər xiyabanında 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər.
Ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin məzarları önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.
Çıxış edən müəllim və tələbələr şəhidlərin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını, onların ömür yolunun nəsillər üçün örnək olacağını vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər