Livan parlamentinin sentyabrın 29-da keçiriləcək iclasında bu ölkənin yeni Prezidenti seçiləcək.
Bu barədə rəsmi NNA agentliyi məlumat yayıb.
2016-cı ilin oktyabrında Livan Prezidenti seçilmiş sabiq general və Hezbollah hərəkatına yaxın olan Mişel Aunun səlahiyyət müddəti başa çatır. Yeni dövlət başçısının ölkə əhalisinin 22 faizini təşkil edən və 128 deputat yerlik parlamentdə böyük fraksiyaya malik olan maronit xristianlarının nümayəndəsi olacağı gözlənilir.
Mişel Aunun xələfi olacaq siyasətçi Prezident postunu ölkənin tarixində ən ağır sosial-iqtisadi və siyasi böhran şəraitində təhvil alacaq. Belə ki, ötən həftə Livana səfər edən Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti heç bir islahatın şahidi olmadığını və kredit verilməyəcəyini bəyan edib. Livan funtunun son 3 ildə ABŞ dollarına nisbətdə 90 faiz ucuzlaşması və yanacaq qıtlığı əhalinin sosial vəziyyətini daha da ağırlaşdırıb.
Livan mətbuatı yazır ki, ABŞ və Körfəzin ərəb ölkələri yeni Prezidenti Hezbollah ilə heç bir əlaqəsi olmayan siyasətçi olmasını istəyirlər. Namizədlərin sırasında iki qadın - Livanın mərhum dövlət başçısının nəvəsi Treysi Şamun və vəkil Mey Rihani də var.
Tehsil-press.az