Bosniya və Herseqovinada inflyasiya səviyyəsi rekord həddə çatıb

Bosniya və Herseqovinada inflyasiya səviyyəsi rekord həddə çatıb Bosniya və Herseqovinanın Statistika Agentliyi ölkədə inflyasiya səviyyəsinin artımının sürətlə davam etdiyini və iyulda illik müqayisədə 16,7 faizə çatdığını açıqlayıb.
Ötən illə müqayisədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri 24,7 faiz artıb. Ən yüksək qiymət artımı isə 34,2 faizlə nəqliyyat sektorunda qeydə alınıb.
Elektrik enerjisi, təbii qaz, su və digər məişət xərcləri 15,4 faiz artıb.
İqtisadçılar inflyasiyanın son 22 ildə ən yüksək səviyyəyə yüksəldiyini bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər