BDU-da bakteriyaların antibiotiklərə davamlığına qarsı əksfikirli amillərlə bağlı araşdırmalar davam edir

BDU-da bakteriyaların antibiotiklərə davamlığına qarsı əksfikirli amillərlə bağlı araşdırmalar davam edir Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Bakteriyaların antibiotiklərə davamlığına qarsı əksfikirli amillər” adlı məqalə “Web of Sience” bazasinda indekslənən “Current Pharmaceutical Biotechnology” jurnalında dərc olunub:
Bütün dünyada bakteriyaların antibiotiklərə davamlığının kəskin surətdə artması müşahidə olunur və bu, cəmiyyətin sağlamlığı üçün ciddi təhlükə yaradır. Antibiotiklərə davamlıq, ilk növbədə, yoluxucu xəstəliklərin və ölüm hallarının artması, eləcə də müalicədə çoxlu antibiotiklərin istifadəsi ilə bağlıdır. Əksfikirli texnologiya genlərin transkripsiyasına və ekspressiyasına mane olan oliqonüleotidlərə əsaslanır. Oliqonüleotidlər antibiotiklərə davamlı olan bakteriyalara qarsı mübarizədə istifadə oluna bilər. Belə oliqonükleotidlərə, ilk növbədə, peptidli nüklein turşularını, fosfordiamidatlı morfolinoliqomerləri və qapalı nüklein turşularını aid etmək olar. Məqalədə yuxarıda göstərilən oliqonükleotidlər bakteriyalara davamlılıq verən genlərin hədəfi kimi göstərilir. Belə ki, oliqonükleotidlər müvafiq geni parçalayaraq bakteriyaların inkişafının tormozlanmasına səbəb olur. Bu nəticələr yoluxucu xəstəliklərin müalicəsində yeni perspektivlər açır.

Tehsil-press.az

Oxşar xəbərlər