Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Bağırsaq mikrobiotası ilə insan bədəninin qarşılıqlı əlaqəsi və onun sağlamlığa təsiri” adlı icmal məqalə “Web of Sience” bazasında indekslənən jurnalda (Current Pharmaceutical Biotechnology) yer alıb.
Bağırsaq mikobiotası insan bədəninin orqanı kimi daşıdığı funksiyaya görə xüsusi əhəmiyyət kəsb edir. İcmal məqalə bağırsaq mikrobiotası ilə insan orqanizminin qarşılıqlı əlaqəsinin tədqiqinə və onun sağlamlığa təsirinin öyrənilməsinə həsr olunub. Tədqiqat beynəlxalq jurnallarda alimlərin nəşr olunmuş elmi məqalələrində verilən materiallar bazası əsasında aparılıb. İlk qazanılmış mikrobiota hamiləlik dövründə və ya doğuş zamanı bağırsaqda spesifik və qeyri-spesifik yollarla formalaşır və insan böyüdükcə stabilləşir. Bağırsaq mikrobiotasının insan orqanizmində əsas rolu üç istiqamətdə -metabolizm sferasında, immun sistemində və bağırsaq-beyin qarşılıqlı təsirində özünü göstərir. Bağırsaqda mikrob populyasiyasının balansının pozulması insan orqanizmində müxtəlif pozuntuların və nəticədə xəstəliklərin yaranmasına səbəb olur.
Tehsil-press.az