Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, inkişaf və innovasiyalar üzrə mükəmməllik mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri Xudaverdi Qənbərovun həmmüəllif olduğu iki məqalə “Web of Sience” bazasında indekslənən jurnalda yer alıb.
Alimin “İnfeksiya zamanı SARS-CoV virusunun ACE2 reseptoru və hüceyrəyə daxilolma molekulyar yolu” (“SARS-CoV-2 receptor ACE2 and molecular pathway to enter target cells during infectio”) sərlövhəli məqaləsi “Reviews and Research in Medical Microbiology” jurnalının birinci nömrəsində dərc edilib. Məqalədə qeyd olunub ki, yeni SARS-CoV-2 insanlarda kəskin respirator infeksiya yaradan virusdur. Bu virus hüceyrəni dəyişən molekulyar mexanizmlə yoluxdurur. Buna görə də virusun tez və dəqiq diaqnostikası ona qarşı düzgün müalicənin seçilməsində həlledici rol oynayır.
Məqalədə hazırkı dövrdə məlum olan 7 HCoV viruslarının genomunun rekombinasiyası və təkamül nöqteyi-nəzərdən müqayisəli analizi aparılıb və SARS-CoV-2 virusunun sahib hüceyrəyə daxilolma yoluna nəzər salınıb.
Alimin həmmüəllifi olduğu “2019-cu il koronavirus xəstəliyinin terapiyası üçün müasir dərman vasitələri: ədəbiyyat icmalı” (“Current drugs with potential for coronavirus disease 2019 therapy: a literature review”) adlı məqalə də eyniadlı jurnalda yer alıb.
Tehsil-press.az