“İlham Əliyev elan etdi ki, “Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik””.
Bunu siyasi təhlilçi Asif Nərimanlı rəsmi İrəvanın Bakıya ünvanladığı Xankəndi ilə danışıq aparmaq təklifini şərh edərkən deyib.
Onun sözlərinə görə, Prezident Xankəndidəki ermənilərlə bağlı bu mövqeyi dəfələrlə dilə gətirib, indi yenidən xatırlatması, xüsusilə “heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik” kontekstində vurğulaması səbəbsiz deyil.
“Ermənistan “Bakı və Xankəndi” formatını dilə gətirir və proseslər göstərir ki, bu qondarma format ideyası təkcə İrəvanın yox, həm də Bakıya təzyiq kartı kimi istifadə etmək istəyənlərin ideyasıdır.
Nikol Paşinyanın sözügedən təklifi ilk dəfə Fransa prezidenti Makronla görüşdə dilə gətirməsi də bunu təsdiq edir.
Mümkündür ki, Qərbin təşkil etdiyi son təmaslarda bu məsələ də irəli sürülüb və İlham Əliyev açıq şəkildə “müzakirə mövzusu olmayacaq” mesajını verib.
Siyasi şərhçinin fikrincə, sabah Praqda İlham Əliyev, Şarl Mişel, Makron və Paşinyanın iştirakı ilə keçiriləcək dördtərəfli görüşdə “Bakı və Xankəndi” formatını yenidən ortaya ata bilərlər:
“Paşinyan və Makronun Xankəndidəki ermənilər, Bakının onlarla “tərəf” kimi danışması məsələsini gündəmə gətirə biləcəyi istisna deyil. Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərlə bağlı mesajı bu görüşə də hesablanıb və bununla da görüş öncəsi belə bir mövzunun müzakirəsinə razılıq verilməyəcəyini elan edib”.
Tehsil-press.az