Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan debat hələ də müzakirə olunmaqda davam edir.
45 dəqiqə davam edən müzakirələrdə diqqətdən kənarda qalan məqamlardan biri debatı izləyənlər arasında Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun olmasıdır.
Zalın Azərbaycandan olan qonaqlar üçün ayrılan hissəsində əyləşən Ukraynanın sabiq prezidenti 45 dəqiqə boyunca İlham Əliyev-Nikol Paşinyan müzakirəsini dinləyib.
Azərbaycana rəğbətini gizlətməyən eks-prezident müzakirə paneli bitən kimi İlham Əliyevə yaxınlaşaraq onu qucaqlayıb. Poroşenko yaxınlıqda duran Nikol Paşinyana tərəf baxmayaraq onunla nümayişkaranə şəkildə görüşməyib. Bu jesti ilə Ukraynanın keçmiş lideri Ermənistanda ciddi qınaq obyektinə çevrilib. Ermənilər Azərbaycanın yanında olduğunu göstərən Poroşenkonun addımına qısqanclıqla yanaşıblar.
Tehsil-press.az