Türkiyənin ölkəmizdəki təhsil müşaviri Ali Rza Altunel Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərovla görüşüb.
“Bir millət, iki dövlət” prinsipi əsasında qurulan münasibətlərin yüksək səviyyədə olduğunu bildirən rektor Cəfər Cəfərov görüşün keçirilməsindən məmnun qaldığını ifadə edib. O, yüksək səviyyədə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin bütün türk dünyası üçün layiqli nümunə olduğunu qeyd edib.
Rektor, həmçinin ADPU-da həyata keçirilən islahatlar, infrastrukturun yenilənməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və beynəlmiləlləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici dillərin tədris səviyyəsinin yüksəldilməsi sahəsində gerçəkləşən tədbirlər barədə ətraflı məlumat verib.
Sonda Ali Rza Altunel ADPU-nun “Türk Araşdırmaları” Elmi-Tədqiqat Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Görüşdə ADPU-nun Tədris Departamentinin direktoru Sənan Əliyev, Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Aynurə Əsgərova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Gülnar Ələkbərova və Rəna Həsənova iştirak ediblər.
Tehsil-press.az