ADPU-da Gürcüstan universitetlərinin nümayəndələri ilə görüş

ADPU-da Gürcüstan universitetlərinin nümayəndələri ilə görüş Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ-ın ölkəmizdəki səfirliyi və Gürcüstan universitetlərinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə ABŞ səfirliyinin təhsil işləri üzrə mütəxəssisi Ramina Mürşüdova, Gürcüstanın Qafqaz Universitetinin Beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri İrena Melua, İliya Dövlət Universitetinin prorektoru Ana Kvançilaşvili, Beynəlxalq Qara Dəniz Universitetinin Tələbələr şöbəsinin əməkdaşı Natia Maqalaşvili, Şota Rustaveli adına Batumi Dövlət Universitetinin Strateji inkişaf və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Besik Narakidze, ABŞ-da təhsil üzrə baş məsləhətçi Dali Xomeriki, ABŞ səfirliyinin Tbilisi, Gürcüstan üzrə təhsil proqramları meneceri İrakli Malaniya iştirak ediblər.
Rektor Cəfər Cəfərov ADPU-da aparılan islahatlardan, ingilis dilində tədris olunan ixtisasların sayının artırılması istiqamətində görülən işlərdən, yeni standartlara keçiddən və universitetin üzləşdiyi müasir çağırışlardan bəhs edib.
Gürcüstanlı təhsil mütəxəssisləri isə təmsil etdikləri universitetlər və gürcü təhsil sistemindəki yeniliklər barədə məlumat veriblər.
Görüş zamanı ADPU-CVU ikili diplom proqramının direktoru Tofiq Əhmədov ADPU-CVU ikili diplom proqramı çərçivəsində görülən işlər barədə danışıb.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov universitetlər arasında elmi nəşrlərin qarşılıqlı çapı imkanının olduğunu vurğulayıb.
Beynəlxalq qrantlar və layihələr şöbəsinin müdiri Mehparə Əhmədova və Xarici Dillər Mərkəzinin müdiri Ülviyyə Hacıyeva Gürcüstanın Tbilisi şəhərində yerləşən Qribol Robakidze Universiteti ilə birgə həyata keçirdikləri virtual mübadilə layihəsi timsalında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs ediblər.
ADPU əməkdaşları və gürcüstanlı qonaqlar təhsildə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər