Təhsil Tələbə Krediti Fondu UNEC tələbələri ilə görüş keçirib

Təhsil Tələbə Krediti Fondu UNEC tələbələri ilə görüş keçirib Təhsil Tələbə Krediti Fondu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.
Fondun İdarə Heyətinin sədri Araz Paşayev təbliğat-təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə təhsil kreditlərinin növlərindən və müraciət qaydalarından, bu kreditlərin təhsilin keyfiyyətinə və əmək bazarının formalaşmasına təsirindən bəhs edib.
Tədbirdə UNEC-in birinci kurs tələbələri iştirak edib.
Görüşün növbəti mərhələsində tələbələrin sualları cavablandılırıb və təklifləri qeydə alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər