Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə Almaniyadan dəvət olunan Klaudio Kasperl Azərbaycan Texniki Universitetində (AzTU) alman dilini tədris edəcək.
İki il ərzində Xarici dillər kafedrasında fəaliyyət göstərəcək Klaudio Kasperl alman dilinin tədrisi ilə yanaşı, DAAD-ın proqramları barədə məlumatlandırma və təşviq işlərini də həyata keçirəcək.
Qeyd edək ki, Klaudio Kasperl hazırda AzTU-da bakalavriat səviyyəsində 3 qrupda alman dilinin tədrisinə başlayıb. O, həmçinin Xarici dillər kafedrasının müəllimləri və alman dili üzrə baza bilikləri olan əməkdaşlar üçün danışıq kursları təşkil edir.
Tehsil-press.az