DAAD əməkdaşları AzTU-da məlumatlandırma sessiyası keçirib

DAAD əməkdaşları AzTU-da məlumatlandırma sessiyası keçirib Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və müəllimlər üçün məlumatlandırma sessiyası keçirib.
Tədbirdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov AzTU ilə DAAD-ın uzunmüddətli və səmərəli əməkdaşlığından bəhs edib. S.Namazov DAAD məzunlarının Azərbaycan təhsilinin və iqtisadiyyatının inkişafına verdiyi töhfələrdən, DAAD proqramlarının tələbə və tədqiqatçılar üçün yaratdığı fürsətlərdən də söhbət açıb. Prorektor AzTU-da alman dili tədrisini 2 il müddətində həyata keçirəcək DAAD lektorunun universitetdə tələbə və müəllimlərə faydasından da danışıb.
Daha sonra DAAD Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul rəhbərlik etdiyi qurumun fəaliyyəti, əməkdaşlıq etdiyi Almaniya universitetləri, tələbə və müəllimlər üçün proqramların üstünlükləri barədə məlumat verib.
DAAD Tbilisi Regional Ofisinin əməkdaşı Sevər Qarayeva Alman Akademik Mübadilə Xidmətinin təsis etdiyi təqaüdlər, həmçinin universitet müəllimlərinə Almaniyada yaradılan tədqiqat imkanları barədə təqdimatla çıxış edib.
Sonra tələbə və müəllimlərin sualları cavablandırılıb.
Qeyd edək ki, DAAD əməkdaşlarının məlumatlandırma sessiyaları mütəmadi olaraq davam etdiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər