Ermənistanın müharibə cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır - Zahid Oruc

Ermənistanın müharibə cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır - Zahid Oruc Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın törətdiyi müharibə cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır.
Bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda STM Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrində beynəlxalq hüquqa tam uyğun, ədalətli müharibə aparıb: “Zəfərimizdən sonra dünya gördü ki, azad edilmiş torpaqlarda 1 milyondan çox mina basdırılıb. Bir Xocalı qatili də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb. Onların son 30 ildə qəhrəman saydıqlarının əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Haaqa Tribunalı bu erməni cinayətkarları mühakimə etməlidir", - deyə o əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər