Xəzər və Portuqaliya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xəzər və Portuqaliya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub “Erasmus+” mübadilə proqramı çərçivəsində Portuqaliyanın Braqança Texniki Universitetinin professorları - Nuno Adriano, Baptista Ribeyro, Helder Gomes və Getulio İgrejas Xəzər Universitetində olublar.
Nümayəndə heyəti ilə rektor İradə Xəlilova, beynəlxalq əlaqələr üzrə prorektor Vlad Vernigora, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov və Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Səidə Şərifova görüşüblər.
Görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Nümayəndə heyəti universitetin laboratoriyaları və Kitabxana İnformasiya Mərkəzi ilə tanış olublar.
Proqram çərçivəsində qonaqlar Bakı şəhəri Suraxanı qəsəbəsində yerləşən Atəşgah məbədi və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya ediblər.
Sonda professorlar sertifikatla təltif olunublar.

Tehsil-press.az


Oxşar xəbərlər