Özbəkistan Ali Məclisinin deputatı, Özbəkistan Yazarlar Birliyinin üzvü, filoloq-şair Gülbahar Saidqaniyeva Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov Özbəkistan və Azərbaycan dövlətlərinin tarixi əlaqələrindən söz açaraq bu köklü bağlılığın təhsil sahəsində də sıx əməkdaşlığın yaranmasında ciddi rol oynadığını bildirib. Orta Asiya ölkələrinin bir çoxundan fərqli olaraq özbəklərin öz dillərini qoruyub saxladıqlarının çox yaxşı bir hal olduğunu qeyd edən professor Cəfər Cəfərov türk xalqlarının bir-birini anlamasında böyük çətinliklərin olmadığını, türk xalqları bir-biri ilə yaxınlaşarşa, sıx əlaqələr yaradarsa və bir-biri ilə öz dillərində danışarsa, bunun ortaq türk dillərinə gedən istiqamətə böyük təsiri olacağını qeyd edib
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova türk dillərinin tarixindən, dialekt və arxaik sözlərdən, özbək və Azərbaycan dillərində eyniyyət təşkil edən ifadələrdən, ədəbiyyatdan, poeziyadan, həmçinin Azərbaycan və Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafına töhfə verəcək məsələlərdən, universitetin beynəlxalq əlaqələrindən, universitetlərarası münasibətlərin inkişaf etdirilməsindən söz açıb.
Özbəkistan Ali Məclisinin deputatı, filoloq, şair Gülbahar Saidqaniyeva vaxtilə işlədiyi Özbəkistan Dövlət Universitetindən, dillərimizin eyni kökə bağlılığından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfərinin böyük sevgi və hörmətlə qarşılanmağından danışıb. Professor Ramiz Əskərin Əlişir Nəvai haqqında kitabının Özbəkistanda nəşrinin maraqla qarşılandığını qeyd edərək, xalqlarımız arasında ədəbi-mədəni və təhsil sahəsində əlaqələrin daha da yüksəldilməsinə ümid etdiyini vurğulayıb. Azərbaycanın klassik və müasir şairlərinə olan marağını diqqətə çatdıran qonaq, həmçinin tərcümə işi ilə məşğul olduğunu deyib. O, professor, şair Mahirə Hüseynovanın şeir kitablarını tərcümə edərək özbək oxucularına ərməğan edəcəyinə söz verib. Qonaq ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanı nümayəndə heyəti ilə birgə Özbəkistana dəvət edib.
Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov Gülbahar Saidqaniyevaya Azərbaycan- Özbəkistan ədəbi-mədəni əlaqələrinin yaradılmasında göstərdiyi xidmətə görə fəxri fərman təqdim edib. ADPU-nun prorektoru professor Mahirə Hüseynova qonağa elmi və bədii kitablarını hədiyyə edib.
Görüşün sonunda qonaq ADPU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Tehsil-press.az